Bakının Suraxanı rayonunda yanğın baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 9 ədəd sayğac yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.oxu.az