Suraxanı rayonu, "Yeni Zığ" yaşayış kompleksinin sakinlərindən redaksiyamıza şikayət daxil olub. Vətəndaşlar qeyd ediblər ki, bir neçə gündür ki, içməli suyun verilişində problem yaranıb.
Oxu.Az-a danışan sakinlər bildiriblər ki, şikayətlərini nəzərə alan yoxdur:
"Buradan ev alanda bizə suyun olmayacağını demədilər. Binanın üzərinə su çəni qoymağa da icazə vermirlər. Susuz da yaşamaq mümkün deyil. Evində körpəsi, xəstəsi olanlar var".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonu, "Yeni Zığ" yaşayış kompleksini su ilə təchiz edən kəmərdə tutulma olduğu üçün suyun MTK-nın anbarına ötürüldüyü xətdə təzyiq azalıb:
"Əraziyə müvafiq rayon sukanal idarəsinin əməkdaşları cəlb ediliblər, su xəttində yaranan problem aradan qaldırılıb. Bu müddət ərzində sakinlər maşınlar vasitəsilə su ilə təmin olunublar".
Məhərrəm Əliyev