Lənkəran şəhərinin Ləj kəndi ərazisində intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 1989-cu il təvəllüdlü Nigar Heydərova gecə saatlarında yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq öldürüb.
Əldə etdiyimiz məlumata görə, 36 yaşlı Nigar Heydərova üç azyaşlı uşaq anasıdır və son günlər onun psixoloji durumu normal olmayıb.
Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.
Aqil Vəlili