Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Sürətlə gələn maşın üç avtomobili əzib ağaca çırpıldı - YENİLƏNİB + FOTO/ANBAAN VİDEO
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, hadisə 05.05.2024-cü il tarixində saat 17:30-da Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində baş verib. Kəlbəcər rayon sakini Amin Ələmşah oğlu Əşrəfov idarə etdiyi 99-OY-757 dövlət nömrə nişanlı “İnfiniti FX” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə yol kənarında dayanmış üç avtomobilə, sonra ağaca çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə qəzanın baş vermə səbəbi sürücünün sürət həddini aşması olub.
14:48
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Baku.ws-in məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
Belə ki, hadisə zamanı avtomobil yol kənarında dayanmış üç avtomobilə çırpılıb. Qəzaya hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub.
Nəticədə dörd avtomobilə ziyan dəyib. Bir nəfər sürücü isə son anda qəzadan xilas olub.
Qəzanın anbaan görüntüsünü təqdim edirik:
Əzizə İsmayılova