Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar”ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanıninin öldürüldüyü xəbəri yayılıb.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, yaraqlılara yaxın “kavkazcenter” saytının Twitter səhifəsinə istinadən verdiyi xəbərə görə, Şuşanıninin Suriyada Hələb həbsxanası yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.