Bir neçə gün öncə ölkədə geniş müzakirə obyektinə çevrilən “başkəsmə” videosundan sonra Suriyada döyüşən azərbaycanlılardan növbəti dəhşətli görüntülər yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, videorolikdə İraq-Şam İslam Dövləti (DAİŞ) tərkibində döyüşən azərbaycanlı digər müxalif qruplaşma, ən-Nüsrə cəbhəsinin döyüşçülərini necə öldürdüyünü göstərir.
Yerdə 6 və ya daha artıq meyitin olduğu göründüyü halda, özlərinin də bir nəfər itki verdiyini qeyd edir.
Xatırladaq ki, artıq Suriyada 3 ildən çoxdur ki, davam edən daxili müharibədə xeyli sayda azərbaycanlılar müxalifət qrupları tərkibində Bəşər Əsədə qarşı vuruşurlar.
Bu qruplaşmaların daha sonra bir-biri ilə müharibə etməsi isə dəhşətdir.
Müharibəni bizim üçün daha da dəhşətli edən tərəfi isə azərbaycanlı olan təkfirçilərin Suriyada törətdikləri vəhşiliklərdir.
www.oxu.az