Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sürücü və piyadalara çağırış: "Qeyri-sabit hava şəraiti əlavə çətinliklər yaradır"
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Oxu.Az xəbər verir ki, BDYPİ hərəkət iştirakçılarından yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı məsləhət görüb.
Həmçinin, küləkli günlərdə avtomobilləri aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq məsləhət görülüb:
"Xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmağı xahiş edirik. Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq", - deyə məlumatda qeyd edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Yasamalda iki avtomobil toqquşub: Xəsarət alanlar var
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti XƏBƏRDARLIQ
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Yolayrıcını keçmə qaydasına məhəl qoymayan sürücü qəzaya səbəb oldu
Rəylər