Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz, amma... - VİDEO
“Nəqliyyat vasitələrinin icbari sığorta müqaviləsi bitibsə, bu, onlayn şəkildə bağlanıla bilər”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənildiyi üçün avtomobil sahibinin və ya sürücüsünün bu məqsədlə evdən çıxmasına ehtiyac yoxdur:
“Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Lakin bu o demək deyil ki, icbari sığorta müqaviləsi olmayan şəxs avtomobili idarə edə və buna görə məsuliyyət daşımaya bilər. Hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin karantin rejiminin sonuna kimi dayandırılması yalnız nəqliyyat vasitələrinin texniki baxışı və sürücülük vəsiqələrinin etibarlılıq müddətinin bitməsi hallarına aiddir”.
Kamran Əliyev icbari sığorta müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi hallarda qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:
“Əgər icbari sığorta müddəti başa çatmış nəqliyyat vasitəsinin sürücüsü hansısa qəza törədirsə, o zaman həmin şəxs həm özünə dəymiş zərəri, həm də qarşı tərəfə vurduğu zərəri ödəmək məcburiyyətində qalacaq” - deyə K.Əliyev qeyd edib.
İlhamə Əbülfət
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Kamran Əliyev: "Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar"
- Baş prokuror hüquq-mühafizə orqanlarının tədbirdəki fəaliyyətindən danışıb
- Azərbaycanda keçmiş icra başçısının qohumu vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR
- Türkiyəli nazir: "Azərbaycan və Türkiyənin ədliyyə sahəsində əməkdaşlığı inkişaf etməkdədir"
Rəylər