Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) vətəndaşlardan xahiş edir ki, duracaq haqqını “parkomat”lara şəxsən ödəsinlər.
Oxu.Az bildirir ki, bu barədə anspress-ə İdarədən məlumat veriblər. Bildirilib ki, vətəndaşlar idarə əməkdaşlarına əlavə ödəmələr etməkdən çəkinsinlər:
“Əməkdaşlara əlavə ödəmələr edilməsi, yaxud əməkdaş tərəfindən duracaq haqqının ödənilməsi zamanı qanunsuzluqlar ortaya çıxır ki, bu da sonda bəzi üzdəniraq əməkdaşlar tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə nəticələnir”.