Bu gündən Bakı şəhərində yol polisi reydlərə başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, son günlər paytaxt yollarında qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrlə təchiz edilmiş avtomobillərin sayı artması ilə əlaqədar qabaqlayıcı tədbirlərə başlanıb.
“Reyd zamanı avtomobilləri pərdə, plyonka və rəngli şüşələrlə idarə edən 65 sürücü barəsində inzibati protokol tərtib edilib.
Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, yol hərəkəti haqqında qanuna əməl etsinlər. İdarə etdikləri avtomobillərdə qanunla qadağan edilən pərdə və plyonkalardan istifadə etməsinlər” - deyə V.Əsədov bildirib.