Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sürücülərin DİQQƏTİNƏ: Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən Parlament prospekti, Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 20:00-dan sabah saat 23:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"
- Bakının bir küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı
- Gəncə lll MDB oyunlarına hazırlaşır: Abadlıq və bərpa işləri aparılır
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib