"Bakının mərkəzində, Ziya Bünyadov prospekti, 3-cü mikrorayon dairəsi istiqamətində olan köməkçi yolun hərəkət hissəsində yolun çökmüş hissəsi təmir olunub".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

"Yoldakı problem tam aradan qaldırılıb", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, sözügedən yoldakı problemlə bağlı sürücülərin şikayətini əks etdirən videogörüntü sosial şəbəkədə yayımlanıb.
Əzizə İsmayılova