Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paytaxtda sürücülərin həyatını təhlükəyə atan yol - Qurumdan RƏSMİ AÇIQLAMA
Bakının mərkəzində, Ziya Bünyadov prospekti, 3-cü mikrorayon dairəsi istiqamətində olan köməkçi yolun hərəkət hissəsində mövcud olan çuxur həm sürücülərin həyatı üçün təhlükə yaradır, həm də avtomobillərə ciddi ziyan dəyir.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Vəziyyətdən narahat olan sürücü bildirib ki, həmin yerdən saatda 10 km/saatla keçsən belə, avtomobilin alt hissəsi yerə dəyir, avtomobillər sıradan çıxır.
Yola nabələd sürücünün o çökəkdən gəldiyi sürətlə keçməsi isə faciəyə səbəb ola bilər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, qurum vəziyyətdən xəbərdardır.
"Sözügedən ünvana əməkdaşlarımız baxış keçirəcəklər və problem həll olunacaq", - deyə A.Nəcəfli deyib.
Əzizə İsmayılova
"Anar Nəcəfli" teqi üzrə xəbərlər
- Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA
- Paytaxtın məşhur bazarında söküntü işlərinə BAŞLANILDI
- Tovuz sakinləri TƏHLÜKƏDƏ: 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU
- Bakının mərkəzində yeni təmirdən çıxan küçə yenidən qazılır
- Bakıda inşa edilən unikal piyada körpüsündə işlər nə yerdədir? - AÇIQLAMA