Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sürücülərin işini çətinə salan məsələ: Sıxlığı artıran problem necə həll edilməlidir?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, bu dəfə paytaxtın Cəlil Məmmədquluzadə küçəsində sürücüləri narahat edən problem haqqında məlumat verilib.
Qeyd edilib ki, küçə ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri geridönmə edərək Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində hərəkət edə bilər. Lakin məcburedici nişan yalnız irəli istiqamətini göstərir.
Vurğulanıb ki, Nəsib bəy Yusifbəyli küçəsinə və ya geriyə dönmək istəyən sürücülərin irəlidən dönməsi Cəlil Məmmədquluzadə küçəsindəki hərəkəti ləngidir:
"Nişan əvvəldə sola dönməyə icazə versə, sıxlıq da azalar. Çünki irəlidə geri dönən zaman marketin parklama yerinin olması və sağda dayanan maşınların yolu daraltması, eləcə də bəzən sürücülərin iki zolağı tutması sıxlığı daha da artırır".
Ətraflı süjetdə:
Rəylər