Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı yollardan birində xüsusi avtobus zolaqlarında hərəkət vaxtı dəyişdi
Paytaxtda hərəkətin intensiv olduğu yollardan birində - Moskva prospektində ictimai nəqliyyatın daha rahat və sürətli hərəkəti üçün yenilik edilib.
Belə ki, "Şamaxinka" adlanan ərazidən metronun "20 Yanvar" stansiyasına qədər olan məsafədə avtobusların xüsusi hərəkət zolağının iş saatları dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq Moskva prospektində "Şamaxinka" adlanan ərazidən metronun "20 Yanvar" stansiyasına kimi mövcud olan xüsusi hərəkət zolağının qüvvədə olma vaxtı dəyişdirilərək saat 07:00-22:00 aralığında müəyyən edilib. Beləliklə, sözügedən prospektdə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq", - deyə açıqlamada bildirilir.
Əzizə İsmayılova
"Avtobus zolağı" teqi üzrə xəbərlər
- Bakının Şərifzadə küçəsinin bitməyən problemi
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- Deputat: "Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır"
- Avtobusların yolda olma müddəti orta hesabla altı dəqiqə azalacaq
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox