Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq
Bu gündən Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlanıb
- Süleyman Vəzirov küçəsinin bir hissəsi bağlanır
- Qubada qaya uçqununa görə bağlanan yolda hərəkət bərpa olunub
- Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- "İki gündür ki, qəsəbə ilə əlaqə kəsilib" - Qaradağ sakinləri çətin vəziyyətdə qalıblar