Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşıb - YENİLƏNİB
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar əksər bölgələrdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmənin digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını, eləcə də, gecə saatlarında yolların buz bağlama ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edir.
11:44
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətəyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.
Hazırda DİN BDYPİ-nin YPX Alayının və ərazi polis orqanlarının DYP əməkdaşları ötən gün gecə saatlarından başlayaraq aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərirlər.
Baş DYP İdarəsi mövcud hava şəraiti ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edərək, hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.
Qarlı, buzlu yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının dəfələrlə artmasını nəzərə alaraq piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.
"BDYPİ" teqi üzrə xəbərlər
- Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU
- Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
- Bu ilin 11 ayı ərzində avtoqəzalarda 344 nəfər ölüb - RƏSMİ
- Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
- Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
Rəylər