Sentyabr ayının 8-də Xəzər rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən bildirilənə görə, Şüvəlan qəsəbəsində 02.30 radələrində bir yaşlı Teymurova Yağmur Nicat qızı naməlum şəraitdə üstünə qaynar su tökülərək yanıb. Körpə 5 saylı Bakı şəhər xəstəxanasına yatırılıb, onun vəziyyəti orta-ağırdır.
Hal-hazırda istintaq bədbəxt hadisənin başvermə səbəblərini araşdırır.