Bakı Metropolitenində aparılan yoxlamalardan sonra həbslərə start veriləcək.
Oxu.Az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir.
Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var.
Məlumata görə, yoxlamalar hələ davam edir.
İddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb.
Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var.