"MDB mədəniyyət paytaxtı proqramının müstəsna əhəmiyyəti ondan ibarətdir ki, müxtəlif xalqlarının mədəniyyətlərini birləşdirir".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin bağlanış mərasimindən öncə jurnalistlərə açıqlamasında MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tahir İksanov deyib.
Onun sözlərinə görə, bu əlamətdar hadisə onu göstərir ki, artıq Laçın da əvvəllər bu yüksək statusa layiq görülən 23 şəhərdən biridir:
"İl ərzində Laçında başqa ölkələrdən yeni əməkdaşlıqlara yol açan və regionun inkişafı üçün güclü stimul verən canlı mədəni proqramlar həyata keçirilib. İndiki mərhələdə mədəniyyət geniş mənada iqtisadiyyatın, turizmin və yaradıcılığın inkişafının simvolu kimi çıxış edir. Bu proqramın müstəsna əhəmiyyəti ondan ibarətdir ki, o keçmiş Sovet İttifaqının, indi MDB ölkələrinin müxtəlif xalqlarının mədəniyyətlərini birləşdirir"
Samir Əli