Bakıda daha bir nəfər dənizdə batıb.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki çimərlikdə suda batıb.
Qeyd edək ki, Cavid Əzizov tanınmış teleaparıcı, İTV-nin əməkdaşı, Dövlət Bayraq Meydanının keçmiş mətbuat katibi Hüseyn Azərinin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.

Z.Q.
www.oxu.az