1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasientin vəziyyəti ağır qiymətləndirilir.
17:00
Aparıcı Həmid Herisçi qızılcaya yoluxub.
Oxu.Az xəbər verir ki, bu barədə onun yoldaşı İlhamiyyə Rza məlumat verib.
O bildirib ki, H.Herisçini xəstəxanaya aparırlar.
Rəylər