Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Jurnalist Sərxan Kamallı dəfn olundu
Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.
Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak ediblər.
Tanınmış jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.
Tanınmış jurnalist Sərxan Kamallı 41 yaşında vəfat edib.
Oxu.Az bildirir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
O, ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi. Komatoz vəziyyətdə olduğu bildirilirdi.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl isə bir çox media qurumlarında işləyib.
Əzizə İsmayılova
Rəylər