Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıblar
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu ziyarət edərək başsağlığı verib
- XİN rəhbəri: "İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır"
- Ceyhun Bayramov: "Ermənistanla dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir"
- Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu?
- Azərbaycan və Sloveniya XİN başçılarının görüşü keçirilib