İctimai Televiziyanın redaktoru Esmira Qasımovanın avtomobilindən oğurluq hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, E.Qasımovanın AzNews.az-a verdiyi məlumata görə, hadisə ötən gecə yaşadığı paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi ev 4 ünvanında baş verib.
E.Qasımovaya məxsus “Rang Rover” markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gələrək, faktı qeydə alıblar. Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.