Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanınmış xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olmaq təhlükəsi qarşısında - VİDEO
Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb.
Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri baxımsızlıqdan çürüyərək sıradan çıxıb. İkinci mərtəbənin tavanı isə yağış sularının sızması nəticəsində yararsız hala düşüb.
Bundan başqa, binanın arxa divarlarında bəzi çatlar da yaranıb.
Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov bildirir ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi abidəyə mütəmadi nəzarət edir. Tarixi binanın restavrasiya edilməsi ilə bağlı nazirliyə də müraciət olunub.
Bina hazırda kənd xəstəxanası kimi fəaliyyət göstərir.
Qeyd edək ki, abidənin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, evin istilik, kanalizasiya sistemi və su xətti hələ də işlək vəziyyətdədir.
"Bərdə" teqi üzrə xəbərlər
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
- Ər arvadını bıçaqladı: Sonra da özünə xəsarət yetirdi
- "Qarpızları Bakıya vertolyotla aparıb sərgiyə qoyurdular" - Yerli fermerlər köhnə dad axtarışında
Rəylər