Bakının Nizami küçəsində (Tarqovı) yanğın baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə məşhur “Shaurma” kafesinin yerləşdiyi 4 mərtəbəli binada qeydə alınıb.
Hazırda yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş gedir.
Yanğının hansı səbəbdən yarandığı barədə hələ ki, məlumat verilmir.