Qaxda yaşayış evində yanğın olub.
Baku TV xəbər verir ki, taxta ev tamamən yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.
Xoşbəxtlikdən hadisə baş verən zaman evdə kimsə olmayıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, ev yarasız hala düşüb. Ev sahibi İsa İsayevin sözlərinə görə, onlar ötən gün əşyaları ilə birlikdə yeni tikdikləri evə köçüblər.
Yanğının baş vermə səbəbləri araşdırmalardan sonra bəlli olacaq.