"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
"Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk", - deyə aviaşirkət bəyan edib.