Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yeni avtomobili olanların NƏZƏRİNƏ - Nələri etməməlidirlər?
"Yeni avtomobil sürülüb, yoxlama dövründə xüsusi qayğı tələb edir ki, bütün mexanizmlər ahəngdar işləsin və uzun müddət xidmət göstərsin".
Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu avtomobil mütəxəssisi Roman Timaşov deyib.
Onun sözlərinə görə, avtomobili beş min kilometrə qədər ehtiyatlı rejimdə sürmək lazımdır:
"Bundan başqa, avtomobili birdən işə salmaq məsləhət görülmür. Kəskin manevrlərdən və tormozlamadan qacınmaq lazımdır. Həmçinin mühərrik boş-boşuna işlədilməməlidir. Eyni zamanda yeni avtomobili həddindən artıq yükləməyin, çünki bu, mühərrikin yüklənməsini artırır. Bundan əlavə, mühərrik və transmissiya hissələrinin aşınmasının qarşısını almaq üçün yağ və digər texniki mayelərin vaxtında dəyişdirilməsi vacibdir".
"Avto-moto" teqi üzrə xəbərlər
- "Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı
- Tamayev - Venqalbi dueli: Yandırılan milyonlarla dollarlıq avtomobillərin aqibəti necə oldu?
- İsveçrəli sürücü ara məsafəni pozdu - 110 min dollar cərimə olundu
- Qızıl avtomobil satışa çıxarıldı
- "Honda" "Nissan"la birləşmək üçün ŞƏRTİNİ AÇIQLADI