Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Aİ ABŞ-nin qərarından asılı olmayaraq Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaları ləğv etsə belə, Avropa İttifaqı (Aİ) öz sanksiya siyasətini həyata keçirəcək və 16-cı paketi tətbiq edəcək.
Oxu.Az-ın rg.ru-ya istinadən məlumatına görə, bunu Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib.
O bunu "Aİ-nin özünün təhlükəsizlik məsələlərini öz əlinə almalı" olması ilə izah edib və bunun sanksiya siyasətinə də aid olduğunu qeyd edib.
Jurnalistlərin ABŞ atəşkəs müqabilində sanksiyaları ləğv etməyə başlayarsa, Aİ-nin Rusiyaya qarşı sanksiyaları ləğv edib-etməyəcəyi sualına isə Dombrovskis - "Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir?" - deyə ritorik cavab verib.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- Tramp Putinə qarşı qəzəblidir
- Cənubi Koreyanın nəhəng şirkətləri Rusiyaya qayıtmağı planlaşdırırlar
- Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
- ABŞ Rusiyaya qarşı sanksiyalara nəzarət prosesinə biganə yanaşmağa başlayıb
- Aİ Rusiyanın dondurulmuş aktivlərini blokdan çıxarmağın şərtini açıqladı