Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçılarının Şuşa şəhərinə səfəri davam edir.
“Report”un əməkdaşı xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində erməni vandalizminin izləri və şəhərin işğaldan azad edilməsilə Azərbaycanın həyata keçirdiyi quruculuq işləri ilə tanış olmaq üçün şəhərdə gəzintiyə başlayıblar.
Onlar Şuşa qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, Güllələnmiş heykəllər kimi Şuşaya məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları bu gün Şuşa şəhərinə səfərə gəliblər.






12:56
Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanları arasında Niyyət Bəyannaməsi imzalanıb.
“Report”un xəbərinə görə, sənədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri imza atıblar.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi qismində iştirak edən dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumu Türkiyədə keçiriləcək.



12:30
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları Şuşa şəhərində səfərdədirlər.
“Report”un xəbərinə görə, səfər çərçivəsində TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanları arasında Niyyət Bəyannaməsi imzalanacaq.
Sənədə əsasən, tənzimləyici orqanlar arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi, audiovizual yayım və onun tənzimlənməsi ilə bağlı bilik, fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi, habelə ümumi mədəni miras hesab olunan audiovizual media ilə bağlı məsələlərin daimi müzakirə formatının yaradılması məqsədilə TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (Turkic Broadcasting Regulatory Authorities Forum – TBRAF) yaradılması təklifi ilə çıxış ediləcək. Bununla bağlı isə TDT-yə üzv və müşahidəçi ölkələrin media və informasiya üzrə nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunacaq.
Daha sonra onlar Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.