Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
TƏBİB: “22 nəfərin travma səbəbi ilə müraciəti qeydə alınıb” - FOTO/VİDEO
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün sanitar avtomobillər (“Mitsubishi Pajero”, “UAZ”, “Mercedes Vito”, “Volkswagen” markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan problem aradan qaldırıldı
- Respublika Klinik Xəstəxanasının təmirə bağlanan şöbələri necə fəaliyyət göstərəcək?
- Vüqar Qurbanov: "Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil"
- Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?
- Vüqar Qurbanov: "Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb"
Rəylər