Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA
“Abituriyentlərin və onların valideynlərinin koronavirus testindən keçməsi tələbi TƏBİB tərəfindən qoyulmayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, xəstəlik əlamətləri, hər hansı tənəffüs yolları infeksiyasının simptomları olan, koronavirusa yoluxmuş insanla əlaqədə olan şəxslər, tibb işçiləri və ölkəyə xaricdən gələn vətəndaşlar testdən keçirilir.
“TƏBİB tərəfindən abituriyentlərdən bu testin nəticələrinin istənilməsi tələbi qaydalarda qeyd edilməyib”, - deyə Y.Qarayeva əlavə edib.
İlhamə Əbülfət
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər
- Oğuz rayonunda qəzaya düşən iki nəfərin SON VƏZİYYƏTİ açıqlandı
- Vüqar Qurbanov: "Dünyada ana və uşaq ölümlərinin artması müşahidə olunur"
- 2024-cü ildə neçə cərrahi əməliyyat icra olunub?
- Əhaliyə ödənişsiz əsaslarla göstərilən tibbi xidmətlərin sayı açıqlandı
Rəylər