Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
TƏBİB-dən donorlara MÜRACİƏT: “Onlar qan verəndə...”
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi donorlara çağırış edib.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, qurum müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərir ki, qana ehtiyacı olanlarla bağlı prosesdə axsama olmasın:
“Eyni zamanda, vətəndaşlara, donorlara müraciət etmək istəyirəm ki, humanist addımlar atsınlar. Onlar qan verən zaman hər hansı bir infeksiya ilə qarşı-qarşıya qalmayacaqlar”.
“Qan verməklə onların hansısa bir xəstəliyə yoluxması olmayacaq. Könüllü donorlarımızdan çox şey asılıdır”, - deyə sədr qeyd edib.
İlhamə Əbülfət
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər