Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ
“Tibb işçiləri arasında koronavirusa yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında bir yoluxma halı var”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu hallar pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib:
“Asimtomatik pasiyentlər digər patologiyalarla müraciət edir. Tibb müəssisəsində çalışan, xüsusilə orta tibbi personal işinə düzgün yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazılamışıq”.
Sədr qeyd edib ki, tibb işçilərini risklər gözləyir:
“Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təchiz olunub. Başqa xəstəxanalarda olan çatışmazlıqlar da aradan qaldırılır”.
İlhamə Əbülfət
"TƏBİB" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər