Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
TƏBİB-dən pandemiya ilə mübarizəyə ayrılan xəstəxana ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
“Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir”.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, ötən gün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib:
“Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.
11:04
Göyçay Rayon Mərkəzi Xəstəxanasının pandemiya üçün mübarizə xəxtəxanasına çevrilməsi ilə bağlı qərar ləğv olunub.
Bu barədə Oxu.Az-a açıqlamasında Göyçay RMX-nin direktoru Elçin Bilalov məlumat verib.
O bildirib ki, ötən gün bu istiqamətdə qərar verilsə də, TƏBİB nümayəndələri tərəfindən məsələyə yenidən baxılıb:
“Xəstəxanamızın iyunun 17-də koronavirusla mübarizə məqsədilə pandemiya xəstəxanasına çevrilməsinə qərar verilmişdi. Lakin TƏBİB tərəfindən bu istiqamətdə yenidən müzakirələr aparılıb.
Bizim xəstəxana beş regiona xidmət göstərir. Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması nəzərə alınaraq, pandemiya üçün mübarizəyə ayrılması istiqamətində verilən qərar ləğv edilib.
Bizim xəstəxananın yerinə Ağsu Mərkəzi Rayon Xəstəxanasının pandemiya ilə mübarizəyə bağlanmasına qərar verilib. Göyçay Rayon Mərkəzi Xəstəxanası əvvəlki qaydada öz fəaliyyətini və xəstə qəbulunu davam etdirir”.
Könül Cəfərli
Rəylər