Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Biləsuvar rayonunda uşağın ölməsi barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-a bildirilib ki, bu gün saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini 2015-ci il təvəllüdlü vətəndaş üçün təcili yardım çağırışı olub:
“Vətəndaşın xəstəxanayaqədər ölüm halı qeydə alınıb”.
15:40
Biləsuvar rayonunda uşaq kələm şorabasından zəhərlənərək ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Tellixanım Məmmədli ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
T.Məmmədliyə göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ev şəraitində hazırlanan kələm şorabasından zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
Rəylər