Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
TƏBİB-dən xaricdən gələnlərə COVID-19-a görə XƏBƏRDARLIQ - VİDEO
Ölkəyə xaricdən gələn şəxslər üçün 14 günlük qaydalar tərtib olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Tərtib olunan qaydalara riayət olunması xahiş olunur.
Həmin qaydalar aşağıdakılardır:
Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günü evdə keçirməlidirlər;
Olduqları məkan tez-tez havalandırılmalıdır;
Mümkün qədər az insanla təmasda olmalıdırlar;
Yaşlı və xroniki xəstəlikləri olan şəxslərlə təmasda olmamalıdırlar;
Əllər sabunla tez-tez yuyulmalıdır;
Evdən çıxarkən mütləq maska taxılmalıdır;
Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir.
"Bakı" teqi üzrə xəbərlər
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?