TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.
“Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
2010 və 2014-cü il təvəllüdlü iki nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Amid Seyran oğlu İsbərovu və Farid Vahid oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb.
TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.“Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələ...
16:48
İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.
APA-nın xəbərinə görə, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov və Farid Vahid oğlu Məmmədov həyatlarını itiriblər.
Amid İsbərov və Fərhan Məmmədzadə səkkizinci sinif şagirdləri olublar.
16:08
İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.
APA-nın xəbərinə görə, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.
Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Rəylər