Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
TƏBİB rəsmisindən AÇIQLAMA: "Səhiyyə sistemimizdə nöqsanlar var"
"Rəqəmsallaşmanı tətbiq etmək rəqəmsal olmaq demək deyil".
Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində qurumun icraçı direktorunun müavini Araz Nəsirov deyib.
O qeyd edib ki, bizim səhiyyə sistemimizdə nöqsanlar var:
"Həkimlərimizin 60-70 faizi paytaxtda cəmləşib. Regionlarda həkim çatışmazlığı var. TƏBİB-in tabeliyində 90 müəssisə var. 25-i özünü maliyyələşdirə bilir. Hədəfimiz bu statistikanı artırmaqdır".
A.Nəsirov əlavə edib ki, TƏBİB qurularkən tabeli tibb müəssisələrinin büdcəsi 800 milyon manat civarında idi. Amma bu gün həmin müəssisələrin büdcəsi 1.8 milyard manata yaxınlaşır:
"Bunun da ilkin səhiyyə büdcəsini nəzərə almasaq, 1.3 milyard civarında büdcəmiz var".
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- 2024-cü ildə Azərbaycanda tibb müəssisələrinə neçə müraciət qeydə alınıb?
- Vüqar Qurbanov: "Səhiyyədə önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılmasıdır"
- Samir Babayev: "Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər"
- "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbiri keçirilir
- Xalq artisti Ofeliya Sənaninin son vəziyyəti açıqlanıb
Rəylər