Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

TƏBİB-in tabeli tibb müəssisələrində çalışan işçilərin sayı açıqlandı
"TƏBİB-in tabeli tibb müəssisələrində 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, TƏBİB Aparatında 315 nəfər fəaliyyət göstərir:
"Bu il ərzində tabeli tibb müəssisələrinə müsahibə tələb olunan vəzifələr üzrə 1 245 müraciət daxil olub. Onlardan 711 müraciətə müsbət rəy verilib. 79 namizəd tabeli tibb müəssisələrinin rəhbər vəzifələrinə qəbul olunub. İşə qəbulla bağlı daxil olan tabeli müəssisələr üzrə müsahibəsiz müraciətlərə dair isə 748 müraciət daxil olub. Onlardan 494 nəfərə müsbət rəy verilib".
V.Qurbanov qeyd edib ki, çalışmanın yaş həddi ilə bağlı Bakıda yerləşən tibb müəssisələrindən xitam olunan həkim mütəxəssislərin regionlardakı tibb müəssisələrinə işə qəbul layihəsi çərçivəsində 29 namizəd müəssisələrə yönləndirilib, onlardan 11-i işə qəbul olunub. 21 müəssisənin ümumi ştat və strukturunda dəyişiklik edilib.
Aygün Mirakif
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı şikayət: Dərmanlar verilmir?
- Qobustanda baş vermiş dəhşətli avtomobil qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Küləkli havada neçə nəfər xəsarət alıb?
- AZAL təyyarəsinin qəzasında xəsarət alanların SON DURUMU açıqlandı
- Bakıda 9 yaşlı qız vəfat etdi - Təcili yardım NİYƏ GECİKİB?
Rəylər