Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

TƏBİB sədri bu şəxslərə müraciət etdi: “Bu göstərişlərə əməl olunmalıdır” - VİDEO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı valideynlərə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə keçiriləcək imtahanlar zamanı əməl edilməli olan metodiki göstərişlər açıqlanıb:
“Dövlət İmtahan Mərkəzi, ali məktəblər, həm də orta məktəblər imtahanlarda bu tibbi göstərişlərə əməl etməlidirlər. Şagird və valideynlər məsuliyyətli olmalıdırlar. Ali məktəblərə qəbul imtahanları keçiriləndə valideynlər imtahan binalarının qarşısına toplaşmasınlar”.
Sədr qeyd edib ki, ölkədə sərt karantin rejimindən çıxma prosesi davam etsə, turizm sektoru hazırda açıqlanan tibbi göstərişlərə ciddi əməl etməlidir.
İlhamə Əbülfət
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI: "İrəliləyişə ümid yoxdur"
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Vəzifəli şəxsin qardaşının meyiti TAPILDI
- Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI