Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) stomatoloqların "icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir" iddialarına cavab verib.
Oxu.Az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında deyib ki, bu iddialar yanlışdır:

"Yüksək şəraiti olmayan stomatoloji kabinetlər ola bilər, bunu istisna etmirik. Onların hər birinin araşdırılması və müvafiq işlərin görülməsi istiqamətində addımlar atılır. Şəraiti yaradırıq, əlavə olaraq onları əməkhaqqı ilə təmin edirik. Hər hansısa tibb müəssisəsinin təmiri və ya tikintisi TƏBİB tərəfindən həyata keçirilir".
Z.Ədilova əlavə edib ki, stomatoloqlar hansısa otağı təmir etməli deyillər, onlardan belə tələb olsa, bu, qanunsuzdur.
Məhərrəm Əliyev