Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Olimpiya mükafatçımız Qaşım Maqomedov əməliyyat olundu
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov körpücük sümüyü qırıldığı üçün əməliyyat olunub.
Bu barədə Oxu.Az-a açıqlama verən Qaşım Maqomedov bildirib ki, 6-8 həftə reabilitasiya keçməli olacaq.
"Mayın 18-də Bolqarıstanın Sofiya şəhərində turnir keçirilirdi. Həmin vaxt döyüşəndə yıxıldım və körpücük sümüyüm qırıldı. Buna görə də əməliyyat olundum. Həkim dedi ki, hələ 6-8 həftə reabilitasiya keçməliyəm. Ancaq bu müddətdən sonra ciddi məşq barədə düşünmək olar. Ona görə də tatamiyə çıxacağım vaxtı hələ dəqiq bilmirəm", - deyə Q.Maqomedov bildirib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Cüdoçularımızın Avropa sınağı - Gələcəyə ümid var
- Olimpiya mükafatçısı bir ildə iki dəfə həbs olundu
- Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
Ən çox oxunanlar