Bakı Şəhəri üzrə Təhsil İdarəsi 51 nömrəli orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib. Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyyə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq.
10:47
Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv/m sahəni əhatə edib.
Həyata keçirilən tədbirlər nəticəsində şagirdlər təxliyə olunub və yanğın söndürülüb. Xəsarət alan yoxdur.
10:30
Bu gün səhər saat 09:51-də Bakının Səbail rayonunda orta məktəbdə güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə əvvəlcə tüstülənmə, sonra isə yanğın olub.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub. Nazirliyin xilasediciləri məktəbdə 40 nəfəri təxliyyə edib. Xilasedicilərin səyi nəticəsində xəsarət alan olmayıb.
Yanğınsöndürənlər alovun qarşısını alıblar. Araşdırmalar zamanı məlum olub ki, yanğın məktəbin elektrik şitlərində qısaqapanma səbəbindən yaranıb.
Hadisənin dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq.
10:15
Bakıda məktəbdə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.
Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.
E.Ə.
www.oxu.az