Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Təcili yardım ağır xəstəni xəstəxanaya aparmaqdan imtina edib - İDDİA
Təcili yardım həkimi ağır vəziyyətdə olan vətəndaşı xəstəxanaya aparmaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"in süjetində məlumat verilib.
Cəfərovlar ailəsi bildirib ki, onsuz da çağırışa gec gələn təcili yardım əməkdaşları gecə saat 2-də xəstə üçün göndəriş istəyib və onu xəstəxanaya aparmaqdan imtina ediblər.
Bakı sakini Ziya Cəfərov ağır şəkər xəstəsi olduğundan bir ayağı amputasiya olunub. Müayinələr zamanı qanında zəhərlənmə olduğu aşkarlanıb, böyrəklərinin tam işləmədiyi üzə çıxıb.
Evə çağırılan sahə həkimi müayinədən sonra xəstənin vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya aparılmalı olduğunu deyib. Bundan sonra ailənin yaşadığı Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsindəki mənzilə təcili tibbi yardım maşını çağırılıb. Çağırışa gələn həkim vətəndaşı xəstəxanaya aparmaq üçün göndəriş lazım olduğunu bildirib.
Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bu halın yolverilməz olduğunu deyib. O bildirib ki, heç bir halda xəstədən göndəriş tələb oluna bilməz.
"Bu vəziyyət tərəfimizdən araşdırılacaq", - deyə TƏBİB-in icraçı direktoru vurğulayıb.
Ətraflı süjetdə:
"Vüqar Qurbanov" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov: "Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil"
- Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?
- Vüqar Qurbanov: "Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb"
- Azərbaycanda epidemioloji vəziyyətlə bağlı SON DURUM
- Vüqar Qurbanov yeni baş həkim TƏYİN ETDİ
Rəylər