Ankara və Kiyev Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı konfrans keçirməyə hazırlaşırlar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra "Telegram" kanalında yazıb.
"Biz Türkiyədə ərzaq təhlükəsizliyi və naviqasiya azadlığı mövzusunda konfrans keçirməyə hazırlaşırıq", - Zelenski qeyd edib.