Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Təcili yardım maşını niyə qapısız idarə edilib? - CAVAB
Sumqayıtda təcili tibbi yardım avtomobili qapısız idarə edilib. Görüntü sosial şəbəkə platformalarında yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin video bu il yanvarın 15-də Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid və xidmətdən kənarda olan sanitar avtomobil təmirə göndərilərkən çəkilib.
"Avtomobilin qapısında nasazlıq yarandığı üçün Sumqayıt bölməsinin qarajına təmirə göndərilib və artıq təmir edilən təcili tibbi yardım avtomobili təkrar xidmətə buraxılıb", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Bayram günlərində TƏBİB-ə daxil olan müraciətlərin SAYI AÇIQLANDI
- İcbari tibbi sığortanın tətbiqindən dörd il ötür: 235 milyondan artıq tibbi xidmət göstərilib
- Ötən ay əməliyyat keçirilən quruma yeni direktor TƏYİN OLUNDU
- Masazırda sərnişin avtobusu "Mercedes"lə toqquşdu: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Yevlaxda baş verən qəzada xəsarət alan şəxslərin son durumu AÇIQLANDI