“Müəllimlər başa düşməlidir ki, işə qəbul imtahanında suallar çətin olsa da, ədalətsiz təşkil edilməyib”.
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, MİQ-in müsabiqəsində ibtidai sinif üzrə 41-60 bal aralığında bal toplayanların sayı 3 920 nəfər olub:
“Riyaziyyat fənni üzrə cəmi üç nəfər 56-60 bal yığıb. İngilis dili fənni üzrə bu nəticəni göstərən olmayıb. Bunlar ilkin nəticələrdir. Biz deyə bilmərik ki, az bal toplayan fənn müəllimlərinin biliyi zəifdir”.
Nazir qeyd edib ki, MİQ imtahanların məqsədi daha hazırlıqlı olanları məktəbə işə qəbul etməkdir.
İlhamə Əbülfət